Paşinyan: “Rusiyanın Gümrüdəki hərbi bazasına ehtiyacımız yoxdur”

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının ölkəsinin təhlükəsizliyi üçün həyati əhəmiyyət daşımadığını bildirib və Moskva bazanı çıxarmaq istəsə, İrəvanın buna etiraz etməyəcəyini deyib.