SOCAR ilk dəfə yerli mənşəli neft məhsulunu Ermənistana göndərdi

Prezident İlham Əliyevin qərarından sonra Azərbaycandan Ermənistana yük daşımaları davam edir. SOCAR ilk dəfə olaraq Aİ-95 markalı yanacağı Gürcüstan üzərindən Ermənistana tədarük edib.

287

Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğal dövründən mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük daşımaları davam edir.

“Trend”-ə istinadən xəbər veririk ki, dekabrın 18-də Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft məhsulunun Ermənistana tədarükü həyata keçirilib.

Belə ki, 22 sistern vaqona yüklənmiş 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı Azərbaycan Dəmir Yollarına (ADY) məxsus yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

Məlumata görə, neft məhsulu Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Qeyd edək ki, bu tədarük Azərbaycan-Ermənistan arasında yük daşımalarının bərpası fonunda həyata keçirilən ilk yerli mənşəli neft məhsulu ixracı kimi qiymətləndirilir və regionda yeni iqtisadi-tranzit reallıqlarının formalaşdığını göstərir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.