Ermənistan ordusunda ruhani xidmətlə bağlı qərar verildi

Ermənistan müdafiə naziri Suren Papikyanın əmrinə əsasən 1 fevral 2026-cı ildən etibarən orduda fəaliyyət göstərən kilsə təyinatlı ruhani xidmət dayandırılır.

35

Ermənistanın müdafiə naziri Suren Papikyanın 29 yanvar 2026-cı il tarixli əmri ilə 19 iyul 2000-ci ildə qəbul edilmiş 728 nömrəli etibarsız elan edib.

“Armenpress” agentliyinin, nazirin “Facebook” səhifəsinə istinadən yaydığı məlumata görə, yeni qərara əsasən 1 fevral 2026-cı il tarixindən etibarən Ermənistan Silahlı Qüvvələrində fəaliyyət göstərən Ruhani Xidmət rəhbərinin və Erməni Apostol Kilsəsi tərəfindən təyin olunan keşişlərin hərbi strukturlardakı fəaliyyəti dayandırılacaq.

Eyni zamanda, müdafiə naziri Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə tapşırıq verib ki, sözügedən qərar qüvvəyə minənədək mənəvi-dini xidmətin icrası məcburi hərbi xidmətə çağırılmış və Silahlı Qüvvələrdə baş kapellan və ya kapellan vəzifələrinə təyin olunmuş şəxslər tərəfindən təmin edilsin. Bu fəaliyyət Baş Qərargahın mənəvi-psixoloji təminat departamentinin ümumi rəhbərliyi altında və birbaşa xidmət etdikləri hərbi hissənin komandirinə tabe olmaqla həyata keçiriləcək.

Qərar Ermənistan Müdafiə Nazirliyinin strukturunda mənəvi-dini xidmətin təşkili mexanizmlərində əhəmiyyətli dəyişiklik kimi qiymətləndirilir.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.