Ərdoğan sonrası lider kim olacaq?

“The Economist”in Türkiyə siyasəti üzrə sorğusu Ərdoğan sonrası AKP rəhbərliyi üçün ən çox adı çəkilən Hakan Fidan, Süleyman Soylu, Səlcuk Bayraktar və Bilal Ərdoğan barədə nəticələri açıqladı.

25

İngiltərənin nüfuzlu “The Economist” dərgisi 2028-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğanın vəzifə müddətinin sona çatmasına yaxın, Ərdoğandan sonrakı Türkiyə siyasi mənzərəsi ilə bağlı çarpıcı bir sorğu və analiz yayımlayıb.

Analizə görə, hələ rəsmi olaraq Ərdoğan sonrası dövr barədə geniş debat aparılmasa da, Ədalət və İnkişaf Partiyası (AKP) daxilində partiyanın gələcəyi üçün müxtəlif ssenarilər müzakirə olunur və qapalı qapılar arxasında yeni liderlik yarışının formalaşdığı qeyd edilir.

Dərc edilən anket nəticələrinə əsasən, Ərdoğan sonrası dövrdə ən çox adları çəkilən dörd siyasi şəxs Hakan Fidan, Süleyman Soylu, Səlcuk Bayraktar və Bilal Ərdoğandır.

Sorğu nəticələrində Hakan Fidan, keçmiş Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi və hazırda xarici işlər naziri olaraq, 33,4 % ilə ən yüksək ictimai dəstəyə malik namizəd kimi görünür. Əvvəlki daxili işlər naziri Süleyman Soylu isə %32,5 ilə partiya elektoratı arasında hələ də güclü populyarlıq qazanıb. Səlcuk Bayraktar, Türkiyənin SİHA proqramının əsas memarı və Ərdoğanın kürəkəni olaraq strateji bir fiqura çevrilib, Bilal Ərdoğan isə rəsmi dövlət vəzifəsi olmasa da, fəaliyyətləri və beynəlxalq görüşlərdə atası ilə birlikdə iştirakı fonunda adından söz etdirir.

Əlavə olaraq analizdə qeyd olunur ki, 2028-ci ildə normal prosedura görə Ərdoğan yeniden vəzifəyə namizəd ola bilməsə də, siyasətçilər arasında yeni bir konstitusiya dəyişikliyi və ya erkən seçki ssenariləri üzərində müzakirələr davam edir. Bu cür dəyişikliklərin tətbiqi üçün qanunvericilikdə tələb olunan səs çoxluğu mövcud deyil ki, bu da 2027-ci ilin sonlarında erkən seçkinin güclü ehtimal kimi ortaya çıxmasına gətirib çıxarır.