MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğan Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə çatacağına əminliyini ifadə edib.
Türkiyə Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini bir daha çatdırıb.
Ərdoğan İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının XIII Zirvə Görüşünə dəvət edib.
Bu barədə “Anadolu Agentliyi” də məlumat yayıb.
Prezident İlham Əliyev telefon zənginə və müstəqilliyin bərpasının ildönümü münasibətilə təbriklərə görə türkiyəli həmkarına təşəkkürünü bildirib.
Azərbaycan lideri iki ölkə arasında qardaşlıq münasibətlərinin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının XIII Zirvə Görüşünün oktyabrın 29-30-da Ankarada keçirilməsi nəzərdə tutulur.