Epşteyn sənədləri: Fransada keçmiş nazirin rəhbərlik etdiyi institutda axtarış

Epşteyn sənədlərində adı hallanan Fransanın keçmiş mədəniyyət naziri Jak Lanq ilə bağlı başladılan ilkin istintaq çərçivəsində Parisdə Ərəb Dünyası İnstitutunda polis axtarışı aparılıb.

29

Fransada Ceffri Epşteyn işi üzrə yayımlanan sənədlərdə adı keçən keçmiş mədəniyyət naziri Jak Lanq ilə bağlı başlanmış ilkin istintaq çərçivəsində Parisdə yerləşən “Institut du Monde Arabe” (IMA) binasında polis axtarışı aparılıb.

Fransa Milli Maliyyə Prokurorluğunun açıqlamasına əsaslanan yerli media xəbərlərinə görə, fevralın 6-da Lanq və qızı Karolina Lanq barəsində korrupsiya və çirkli pulların yuyulması ittihamları ilə istintaq başladılıb. Bu çərçivədə IMA da daxil olmaqla bir neçə ünvanda axtarış həyata keçirilib.

Epşteynlə maliyyə əlaqələri iddiaları səbəbilə araşdırılan Lanq, fevralın 7-də institutdakı prezident vəzifəsindən istefa verib. Yayımlanan məhkəmə sənədlərində onun adının 600 dəfədən çox hallandığı bildirilir. Sənədlərə görə, Lanq Epşteynə Parisdə mədəni səfərlər təklif edib, Epşteyn isə 2017-ci ilin aprelində ona Mərakeşə səfər üçün təyyarəsini təqdim edib.

Araşdırmalarda Lanqın qızı Karolina Lanqın da adı keçir. Müstəqil “Mediapart” nəşrinin məlumatına görə, Epşteynin 2016-cı ildə ABŞ-ın Vircin adalarında yaratdığı şirkətin səhmlərinin yarısı Karolina Lanqa məxsus olub. Onun adı sənədlərdə 900 dəfədən çox dəfə çəkilir və qalmaqaldan sonra o, rəhbərlik etdiyi Həssas Prodüserlər Birliyindəki vəzifəsindən istefa verib.

İstintaq davam edir.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.