“eFootball” və “Naruto” kollabı: Neymar və Milan ulduzları anime obrazlarında

KONAMI-nin "eFootball 2026" oyunu "Naruto Shippuden" ilə əməkdaşlığa başlayıb. Neymar, Levandovski və "AC Milan" ulduzları anime temalı xüsusi kartlarla təqdim olunub.

8

KONAMI-nin futbol simulyatoru “eFootball 2026” ilə məşhur anime seriyası “Naruto Shippuden” arasında yeni əməkdaşlıq kampaniyası başlayıb. Oyun yeniləməsi çərçivəsində futbol ulduzları Naruto temalı xüsusi kartlar və vizuallarla təqdim olunur. Kampaniyanın 30 aprel–14 may tarixlərini əhatə etdiyi bildirilir.

Yayılan kampaniya materiallarında Neymar Jr., Takefusa Kubo, Martin ÖdeqaardRobert Levandovski Naruto kainatından ilhamlanan dizaynlarla göstərilib. Sosial media paylaşımlarında Neymarın Naruto obrazı ilə, Levandovskinin isə Kakaşi motivli vizualla təqdim edildiyi görünür.

Əməkdaşlıq yalnız fərdi kartlarla məhdudlaşmır. Kampaniyada “AC Milan” futbolçuları — o cümlədən Rafael Leao, Luka Modriç, Kristian PulisiçAleksis Saelemaekers — də Naruto dünyasından ilhamlanan xüsusi dizaynlarla oyuna əlavə olunub. Sosial media səhifələrində yayılan materiallarda “Milan” oyunçularının “Akatsuki” üslubunda təqdim olunduğu qeyd edilir.

Yeniləmə ilə yanaşı, oyuna Naruto mövzulu müxtəlif kosmetik elementlər, stadion xoreoqrafiyaları, xüsusi hadisələr və mükafatlar da əlavə olunub. Bundan başqa, “Epic: Worldwide Clubs feat. Naruto” adlı yeni paketdə Qaret Beyl, MarseloPyer-Emerik Obameyanq kimi adlar da yer alır.

Beləliklə, KONAMI həm futbol, həm də anime auditoriyasını bir araya gətirən növbəti böyük kollaborasiyalardan birini təqdim edib. Kampaniya xüsusilə sosial mediada böyük maraq doğurub.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930