Dünyanın ən gözəl 10 dəmir yolu

Dünyanın ən gözəl dəmir yolu marşrutları ilə tanış olun. Vyetnamdan Norveçə, Perudan Çinə qədər nəfəs kəsən mənzərələr təqdim edən 10 məşhur qatar səyahəti haqqında ətraflı məlumat.

43
Dəmir yolu səyahətləri təkcə bir nöqtədən digərinə çatmaq vasitəsi deyil, həm də dünyanın ən gözəl təbiət mənzərələrini yaxından kəşf etməyin unikal yoludur. Dağlar, göllər, meşələr, səhralar və tarixi şəhərlər arasından keçən bu marşrutlar sərnişinlərə unudulmaz təəssüratlar yaşadır. Bu yazıda dünyanın müxtəlif bölgələrində yerləşən və həm mənzərəsi, həm də tarixi ilə seçilən ən gözəl 10 dəmir yolu marşrutunu təqdim edirik.

Hanoy-Hoşimin (Vyetnam)

Dünyanın ən gözəl dəmir yolu marşrutlarından biri Hanoy və Hoşimin (keçmiş Sayqon) şəhərləri arasında olan və The Reunification Express adlanan “Şimal-Cənub” dəmir yoludur. Bu yol, Vyetnam hələ fransız koloniyası olan zaman inşa edilib.

1700 kilometr uzunluğu olan iki günlük yol boyu gözəl mənzərələr – çəltik tarlaları, balıqçı kəndləri, tropik cəngəlliklər və sıx əhalisi olan şəhərlər bir-birini əvəz edir.

Çikaqo (İllinoys) — Emervill (Kaliforniya) (ABŞ)

“Kaliforniya zefiri” (The California Zephyr) — ABŞ tam miqyasda görə bilmək, hiss edə bilmək və təbiətin rəngarəngliyinə şahid olmaq üçün ən idel variantdır.

Qatar Çikaqodan çıxaraq, kiçik Emervill şəhərində dayanır. Marşrutun uzunluğu 4000 kilometrdir və 52 saatlıq yoldur. Marşrut boyu qatar San-Fransisko körfəzinin şərq sahili, prerilər, səhralar, “Roki-Mauntin” milli parkı və Sierra-Nevada dağ silsiləsindən keçir. Marşrutun ən rəngarəng hissəsi isə Kolorado ştatı ərazisindədir.

Baykal-Amur magistralı (BAM) (Rusiya)

Transsibir magistralına nisbətən daha az populyar olmasına baxmayaraq, BAM daha rahatdır. Yəni kupedə tək sərnişin də ola bilərsiniz.

Taypeşt – Sovet Qavanı yolu 1938-ci ildən 1984-cü ilədək fasilələrlə inşa edilib və SSRİ-nin ən nəhəng tikinti layihəsi idi. Uzunluğu 4320 km-dir, həmçinin elə yerlər var ki, burada -40 °S şaxta qeydə alınır.

Puno (Titikaka gölü) — Kusko (Peru)

Titikaka gölü sahillərindən başlanan yol qədim inklərin paytaxtı olan Kusko şəhərinədək uzanır və And dağlarından keçir. Qatar 400 kilometr məsafəni 10 saata gedir.

Açıq vaqonlarda ətrafı müşahidə etmək üçün eyvanlar var və buradan sərnişinlər fermaları, gözəl mənzərələri seyr edə bilirlər. Qatar yüksək konfortludur; iri kupelər, kafe, böyük restoran və gözəl xidmət göz oxşayır.

Əndimeşk — Dorud (İran)

Dünyanın ən az tanınan, lakin ən gözəl marşrutlarından biri olan bu yol, qədim Böyük İpək Yolunu sanki təkrarlamaqdadır. Uzunluğu 200 km-dir.

Qatar Xuzistandan Luristana gedən yolda 1000 metr yüksəkliyə qalxarkən, Zaqros dağları, böyük çaylar, şəlalələr, körpülər göz oxşayır.

Pekin-Lxasa (Çin)

Bu marşrut sərnişinləri əhalisi sıx olan meqapolislərdən buddist müqəddəsliyinə – saraylar və monastrlar diyarına, aromat ətirli atmosferə tərəf aparır.

40 saatlıq yolda qatar 5000 metr yüksəkliyə doğru qalxır. Ekspress Tsinxay-Tibet dəmir yolu boyunca hərəkət edir və dünyanın ən yüksək dağlıq ərazilərdən keçən dəmir yolu xəttidir. Yüksəklik xəstəliyi olanlar üçün və oksigen çatışmamazlığının qarşısını almaq üçün vaqonlar fərdi oksigen maskaları ilə təmin olunub.

London-Fort Uilyam (və digər Şimali Şotlandiya dağlıq şəhərləri) (Böyük Britaniya)

Bu marşrut “Şotland gecəsi” (Caledonian Sleeper) adlanır və bir gecəlik səyahət sərnişinləri səs-küylü şəhərdən soyuq, təmiz havalı Şimali Şotlandiya dağlıq ərazilərinə aparır.

Bergen dəmir yolu (Norveç)

Marşrut Oslodan Bergenə yüksək dağlıq ərazi olan Hardanqerviddadan keçərək gedir. Cəmi 6 saatlıq və 500 kilometrlik bu yol boyu sərnişinlər Norveç təbiətinin bütün gözəlliklərini – dərin kanyonları, bolsulu çayları, qarlı dağları – görə bilirlər. Həmçinin burada mrşrutun yan xətti olan Flom dəmir yolunu (dünyanın ən qısa dəmir yolu marşrutlarından biri) da görmək mümkündür.

Kraysterç – Qreymut (Yeni Zelandiya)

Bilirsinizmi ki, Alp dağları təkcə Avropada deyil? Bu dağ silsiləsi Yeni Zelandiyanın cənubunda da (Cənub Alpları) mövcuddur. Marşrutun müddəti 5 saatdır.

Dar-əs-Səlam  – Kapiri-Mpoşi (Tanzaniya və Zambiya)

Marşrut Tanzaniyanın paytaxtı Dar-əs-Səlamdan başlayır və 1860 km keçərək, Zambiyanın Kapiri-Mpoşi şəhərində bitir. Cədvələ görə marşrutun müddəti 46 saatdır.