Dünyanın ən böyük oteli Malayziyada yerləşir

Malayziyadakı "First World Hotel & Plaza" 7 351 otaqlıq tutumu ilə dünyanın ən böyük oteli statusunu qoruyur. Bütün otaqlar eyni dam altında yerləşir.

31

Malayziyanın “Genting Highlands” bölgəsində yerləşən “First World Hotel & Plaza” otaq sayı baxımından dünyanın ən böyük oteli statusunu qoruyur. Otel 7351 otaqlıq tutumu ilə qlobal siyahının zirvəsində qərarlaşıb və bütün bu otaqlar eyni dam altında yerləşir. 

Otel ilk dəfə 2006-cı ildə 6118 otaqla fəaliyyətə başlayıb. 2008-ci ildə Las-Veqasdakı “Venetian Hotel” 7 128 otaqla liderliyə yüksəlsə də, “First World Hotel” 2015-ci ildə tamamlanan ikinci qüllə sayəsində yenidən birinci yerə qayıdıb.

Kuala-Lumpurdan təxminən 50 kilometr şimalda, Pahanq bölgəsində yerləşən kompleks “Genting Group” tərəfindən inşa edilib.Pandemiyadan əvvəl otel orta hesabla 90 faiz doluluqla işləyirdi və hazırda da tam tutuma yaxın fəaliyyət göstərir.

Hazırda otelin otaq fondu 3164 standart otaq, 2922 lüks otaq, 649 lüks üçnəfərlik otaq, 480 üstün səviyyəli lüks otaq və 136 “World Club” otağından ibarətdir. Bu göstərici “First World Hotel & Plaza”-nı təkcə Malayziyanın deyil, bütün dünyanın ən iri konaklama mərkəzlərindən birinə çevirir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.