Çin Tayvan liderinə “Venesuela üslubu”nda zərbə vura bilərmi?

"Reuters" xəbər verir ki, analitiklər Çin ordusunun Tayvan liderini tutmaq üçün “Venesuela üslublu” bir əməliyyatın hərbi və siyasi baxımdan çətin olacağını bildirir.

34

Çinin bəzi onlayn istifadəçiləri Tayvan liderini tez bir zamanda ələ keçirməyi nəzərdə tutan “Venesuela üslublu” bir əməliyyat fikrini irəli sürsələr də, təhlükəsizlik ekspertləri və hərbi analitiklər belə bir planın reallaşmasının həm siyasi, həm də hərbi baxımdan çox riskli və çətin olacağını bildirirlər.

Reuters“‑in məlumatına görə, Tayvan illərdir öz liderinə qarşı başda “dekapitasiya” (“Dekapitasiya” – hərbi və strateji kontekstdə istifadə ediləndə lideri və ya yüksək səviyyəli rəhbəri sürətlə aradan götürmək, tutmaq və ya öldürmək əməliyyatı mənasına gəlir) əməliyyatı da daxil olmaqla, bütün terror versiyalarına qarşı hazırlıq görüb. Tayvan, ABŞ və müttəfiqlərinin dəstəyi ilə geniş hava hücumundan müdafiə və radar sistemləri ilə təchiz olunub.

Çin Xalq Azadlıq Ordusunun müasirləşməsi ilə yanaşı, komanda‑idarəetmə və real döyüş təcrübəsi kimi sahələrdə hələ də boşluqlar var və belə bir hücumun uğursuzluğa düçar olması halında bu, tammiqyaslı münaqişəyə çevrilə bilər.

Tayvanın çoxqatlı hava hücumundan müdafiə sistemi və erkən xəbərdarlıq qurğuları, eləcə də, müasir hərbi təlimləri bu cür hücumların qarşısını almaq üçün nəzərdə tutulub. Analitiklər qeyd edirlər ki, bu tip əməliyyatlar yüksək siyasi gərginlik yaradar və beynəlxalq reaksiyanı sürətlə alovlandıra bilər. Çin tərəfi bu barədə dərhal rəsmi şərh verməyib.