CAS “Turan Tovuz”un müraciətini rədd etdi

İdman Arbitraj Məhkəməsi (CAS) UEFA Apellyasiya Orqanının qərarını qüvvədə saxlayıb. "Turan Tovuz" klubu 2026/2027 mövsümündə UEFA Konfrans Liqasında iştirak etməyəcək.

131

İdman Arbitraj Məhkəməsi (CAS) “Turan Tovuz” peşəkar futbol klubunun UEFA Konfrans Liqası ilə bağlı müraciətinə dair qərarını açıqlayıb.

MSNews.az xəbər verir ki, CAS UEFA Apellyasiya Orqanının klub haqqında 2 iyun tarixində qəbul etdiyi qərarı qüvvədə saxlayıb. Bu barədə klubun rəsmi sosial media hesablarında məlumat verilib.

15 iyun tarixində açıqlanan qərara əsasən, klub 2026/2027 mövsümündə UEFA Konfrans Liqasında iştirak etməyəcək.

Klub açıqlamasında turnirə vəsiqəni bütün idman prinsiplərinə riayət etməklə qazandığını bildirib.

Beləliklə ölkəmizi UEFA Konfrans Liqasında “Zirə” klubu təmsil edəcək.

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
Xəbər lenti