Böyük Britaniya Yaxın Şərqə əlavə qüvvə göndərir

Böyük Britaniya İran təhdidləri fonunda Yaxın Şərqdə hərbi iştirakını artırır. London Səudiyyə Ərəbistanına “Sky Sabre”, Qətərə əlavə "Typhoon" dəstəyi, Bəhreyn və Küveytə isə yeni hava müdafiə vasitələri göndərir. 

40

Böyük Britaniya Yaxın Şərqdə hərbi iştirakını artıracağını açıqlayıb. Müdafiə naziri Con Hili martın 31-də Səudiyyə Ərəbistanı, Qətər və Bəhreynə səfəri zamanı bildirib ki, London İranın davam edən raket və dron hücumları fonunda regiondakı müttəfiqlərinə dəstəyi gücləndirir.

Reuters“-in və Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, bu paketə əlavə hava müdafiə vasitələri və onları quraşdıracaq, işlədəcək və təlim keçirəcək hərbçilər daxildir. Bölgə üzrə təxminən 1000 britaniyalı əsgərin cəlb olunacağı gözlənilir.

Yeni missiyanın əsas elementlərindən biri “Sky Sabre” sisteminin Səudiyyə Ərəbistanında yerləşdirilməsidir. Britaniya Müdafiə Nazirliyi bildirir ki, sistem bu həftə radarlar, idarəetmə qovşağı, raket buraxıcıları, Royal Artillery batareyası və döyüş idarəetmə heyəti ilə birlikdə bölgəyə göndəriləcək. Britaniya Ordusunun məlumatına görə, “Sky Sabre” eyni anda 24 raketin uçuşunu idarə edərək 24 ayrı hədəfi vurmağa qadirdir. Sistemin təxminən 25 kilometrlik nişangah məsafəsi olduğu ayrıca hərbi mənbələrdə qeyd olunur.

Qətərdə isə Britaniya “Typhoon” qırıcılarının missiyası uzadılıb. Britaniya hökumətinin açıqlamasına əsasən, birgə Britaniya-Qatar “Typhoon Squadron” münaqişənin ilk günündən müdafiə əməliyyatlarında iştirak edir. Con Hili həmçinin bildirib ki, “Typhoon”, “F-35”, “Wildcat” və “Merlin” platformalarında çalışan britaniyalı ekipajlar indiyədək Yaxın Şərqdə Britaniya və tərəfdaş maraqlarının müdafiəsi üçün 1280 saatdan çox uçuş həyata keçiriblər.

Bəhreyndə Böyük Britaniyanın “Lightweight Multirole Launcher” sistemi yerli müdafiə şəbəkəsinə inteqrasiya olunur. Küveytə isə ayrıca “Rapid Sentry” adlı yerüstü hava hücumundan müdafiə sistemi və RAF-ın “ORCUS” erkən aşkarlama sistemi göndərilib. Bu baxımdan, ilkin məlumatlardakı kimi LML-in həm Bəhreynə, həm də Küveytə çatdırıldığı yox, Bəhreyndə LML, Küveytdə isə başqa qısa mənzilli hava müdafiə vasitələrinin yerləşdirildiyi görünür.

Con Hili bildirib ki, Böyük Britaniya “daha geniş müharibəyə sürüklənmədən” tərəfdaşlarının kollektiv müdafiəsini gücləndirməyə çalışır. Rəsmi London eyni zamanda Hörmüz boğazı ətrafındakı risklərin, regional təhlükəsizliyin və Britaniya maraqlarının qorunmasının danışıqların əsas mövzularından biri olduğunu vurğulayıb.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.