Bolqarıstanda müvəqqəti hökumət rəsmən fəaliyyətə başladı

Bolqarıstanda müvəqqəti hökumət parlamentdə keçirilən andiçmə mərasimindən sonra rəsmi fəaliyyətə başladı. Hökumət 19 aprel erkən seçkilərinədək ölkəni idarə edəcək.

181

Paytaxt Sofiyada yerləşən Bolqarıstan Xalq Məclisində bu məqsədlə növbədənkənar iclas təşkil olunub. İclasda müvəqqəti Baş nazir Andrey Gyurovun formalaşdırdığı hökumətin üzvləri and içərək səlahiyyətlərinin icrasına başlayıblar.

Mərasimdən sonra jurnalistlərə açıqlama verən Gyurov bildirib ki, müvəqqəti hökumətin əsas vəzifəsi ölkədə ədalətli və şəffaf seçkilərin təşkili, eləcə də, daimi hökumət qurulana qədər Bolqarıstanın sakit və rasional şəkildə idarə olunmasıdır. Onun sözlərinə görə, hökumət qərarlarını faktlara və dövlət maraqlarına əsaslanaraq qəbul edəcək.

Müvəqqəti hökumət 19 aprel tarixində keçirilməsi planlaşdırılan erkən parlament seçkilərinədək fəaliyyət göstərəcək. Hökumətin əsas prioriteti seçki prosesinin təşkil edilməsi və seçkilərin legitimliyinin təmin olunması olacaq.

Qeyd edək ki, ölkədə uzun müddətdir davam edən siyasi qeyri-sabitlik fonunda Andrey Gyurovun rəhbərlik etdiyi bu kabinet Bolqarıstanda son beş il ərzində fəaliyyətə başlayan yeddinci müvəqqəti hökumətdir.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.