BMT: “Qəzza və İsrail sərhədlərində hər hansı dəyişiklikə qarşıyıq”

BMT, İsrailli rəsmilərin Qəzza sərhədlərinə dair açıqlamasına cavab verərək, “Qəzza və İsrail sərhədlərində hər hansı dəyişiklikə qarşıyıq” dedi.

335

Birləşmiş Millətlər Təşkilatı (BMT), İsrailli rəsmilərin Qəzza sərhədlərinə dair açıqlamalarına cavab verib.

BMT Baş katibinin sözçüsü Stefan Dujarriç Nyu Yorkda keçirdiyi mətbuat konfransında, İsrail Baş Qərargah Rəisi Eyal Zamirin “Qəzzadakı sarı xəttin yeni sərhəd olduğu” açıqlaması ilə bağlı sualları cavablandırıb. Dujarriç bildirib ki, “Qəzza və İsrail sərhədlərində hər hansı dəyişiklikə qətiyyən qarşıyıq.”

Sözçü həmçinin bu açıqlamanın ABŞ Prezidenti Donald Trampın sülh planının ruhuna və mətninə zidd olduğunu, BMT daxilində isə Qəzza məsələsini mövcud sərhədlər çərçivəsində müzakirə etdiklərini qeyd edib.

İsrail Baş Qərargah Rəisi Zamir əvvəlki gün Şimali Qəzzada hərbçilərlə danışarkən, sarı xətti “yeni sərhəd” adlandırmış və İsrailin mövcud hərbi mövqelərini qoruyacağını iddia etmişdi.

MS-News.az

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.