Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı davam edir

Bakıda ANAMA və BMT-nin birgə təşkil etdiyi 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında 60 ölkədən 400-dən çox nümayəndə iştirak edir.

75

Bakıda sentyabrın 2-də başlayan 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı sentyabrın 3-də ikinci iş günü ilə davam edir.

MS-News.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilir. ANAMA-nın rəsmi məlumatına görə, builki konfrans “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusuna həsr olunub.

Konfransda 60 ölkədən 400-dən çox nümayəndə iştirak edir. Onların sırasında müxtəlif ölkələrin yüksək vəzifəli rəsmiləri, BMT agentliklərinin və beynəlxalq təşkilatların təmsilçiləri, milli minatəmizləmə qurumlarının nümayəndələri, ekspertlər və Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların əməkdaşları yer alır.

Tədbirin əsas məqsədi Azərbaycanın üzləşdiyi mina probleminə beynəlxalq diqqəti artırmaq, humanitar minatəmizləmə sahəsində qlobal əməkdaşlığı gücləndirmək və minalardan təmizlənmənin şəhərlərin təhlükəsiz və dayanıqlı bərpasında rolunu müzakirə etməkdir. Konfransda həmçinin qabaqcıl təcrübənin bölüşdürülməsi, yeni texnologiyaların tətbiqi və beynəlxalq səylərin daha effektiv əlaqələndirilməsi məsələləri nəzərdən keçirilir.

Prezident İlham Əliyev konfrans iştirakçılarına müraciətində mina və partlamamış sursatların münaqişələr başa çatdıqdan uzun müddət sonra da insan həyatı, infrastruktur və bərpa prosesləri üçün təhlükə yaratdığını bildirib. Dövlət başçısı Azərbaycanın minatəmizləmə və azad edilmiş ərazilərin bərpasının əsas yükünü öz milli resursları hesabına daşıdığını, lakin problemin miqyasının daha geniş beynəlxalq dəstək tələb etdiyini vurğulayıb.

Konfransın ikinci günündə “Minalardan təsirlənmiş şəhərlərin bərpasında siyasətlərin inteqrasiyası”, “Daha təhlükəsiz və effektiv humanitar minatəmizləmə üçün texnologiya və innovasiyalar”, həmçinin müxtəlif ölkələrin təcrübələrinin təqdimatı üzrə panel müzakirələri keçirilir. “Trend” bildirir ki, yerli və xarici ekspertlər minatəmizləmə prosesinin şəhərsalma və bərpa siyasətlərinə inteqrasiyası məsələlərini müzakirə edirlər.

Konfransın yekununda birgə bəyanatın qəbul edilməsi gözlənilir. Tədbir sentyabrın 3-də başa çatacaq. (Report.az)

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.