Bakı Ermənistan vətəndaşlarını İrəvana təhvil verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Bakı 4 Ermənistan vətəndaşını Həkəri körpüsü vasitəsilə İrəvana təhvil verilib. Onların sağlamlıq vəziyyəti də açıqlanıb.

384

Bakı tərəfindən dörd Ermənistan vətəndaşı İrəvana təhvil verilib. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində məlumat verib.

Paşinyan yazıb ki, Gevorg Sudjyan, David Davtyan, Vigen Euljeckjyan və Vagif Xaçatryan yaxın günlərdə Həkəri körpüsündə Azərbaycan Respublikasının müvafiq orqanlarının nümayəndələri tərəfindən Ermənistan tərəfinə təhvil verilib və hazırda Ermənistan ərazisindədirlər. Baş nazir əlavə məlumatın daha sonra veriləcəyini bildirib.

Onun qeyd etdiyi kimi, G. Sudjyan, D. Davtyan və V. Euljeckjyanın ilkin tibbi müayinəsi nəticəsində sağlamlıq vəziyyətində problem aşkarlanmayıb. V. Xaçatryanın vəziyyəti isə ilkin qiymətləndirməyə görə qənaətbəxşdir. Hazırda onlar İrəvana aparılırlar.

Bu hadisə tərəflər arasında humanitar mübadilə prosesinin davamı kimi qiymətləndirilir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.