Azərbaycanda “iPhone 17 Pro” ABŞ-dan xeyli baha satılır

“iPhone 17 Pro”nun 256 GB modeli Azərbaycandakı rəsmi satış şəbəkələrində təxminən 3 289 manata təklif olunur. Bu qiymət ABŞ-dəki rəsmi başlanğıc qiymətindən 70 faizdən çox yüksəkdir.

15

“Apple” şirkətinin “iPhone 17 Pro” smartfonunun 256 GB yaddaşa malik versiyası Azərbaycanda ABŞ və bir sıra digər ölkələrlə müqayisədə xeyli yüksək qiymətə satılır.

MSNews.az xəbər verir ki, Azərbaycanda “Apple”ın rəsmi tərəfdaşlarından biri olan “iSpace” mağazasında “iPhone 17 Pro 256 GB” modelinin standart satış qiyməti 3289 manatdır. Kampaniya çərçivəsində cihazın 3189 manata da təklif edildiyi görünür. Eyni qiymət — 3289 manat — “ASBC Azerbaijan” kataloqunda da göstərilib.

Rəsmi məzənnə üzrə 3 289 manat təxminən 1 935 ABŞ dollarına bərabərdir. ABŞ-da isə həmin modelin “Apple” tərəfindən göstərilən vergisiz başlanğıc qiyməti 1 099 dollardır. Beləliklə, Azərbaycandakı standart satış qiyməti ABŞ-nin vergisiz rəsmi qiymətindən təxminən 76 faiz yüksəkdir. ABŞ-də satış vergisinin ştatdan asılı olaraq sonradan əlavə edilməsi nəzərə alınmalıdır.

“Deutsche Bank Research”un “Mapping the World’s Prices 2026” hesabatında isə müqayisə üçün ABŞ qiyməti 1 012 avro, yəni təxminən 1 181 dollar götürülüb. Bu göstərici ilə müqayisədə Azərbaycandakı 3 289 manatlıq qiymət təxminən 64 faiz yüksəkdir. Lakin Azərbaycan bankın müqayisə etdiyi 41 bazarın siyahısına daxil edilmədiyindən onun rəsmi reytinqdə neçənci yerdə olduğunu söyləmək mümkün deyil.

Hesabata görə, “iPhone 17 Pro 256 GB” modelinin ən baha satıldığı ölkə Türkiyədir. Cihazın burada qiyməti 2 222 avro və ya təxminən 2 592 dollar təşkil edir. Türkiyədən sonra Braziliya 1 937 avro, Misir 1 605 avro və Macarıstan 1 565 avro ilə ən bahalı bazarlar sırasında yer alır.

Azərbaycan mağazalarındakı təxminən 1 935 dollarlıq qiymət “Deutsche Bank”ın istifadə etdiyi dollar göstəriciləri ilə müqayisə edildikdə Braziliyadakı səviyyəyə yaxın görünür. Ancaq bu, ayrıca yerli qiymət monitorinqinə əsaslanan müqayisədir və Azərbaycanın bankın rəsmi sıralamasında Braziliya ilə eyni mövqedə olduğu mənasına gəlmir.

Ölkələr arasındakı qiymət fərqinə əlavə dəyər vergisi, gömrük rüsumları, logistika xərcləri, valyuta dəyişiklikləri, zəmanət və distribütor xərcləri təsir edə bilər. “Deutsche Bank” da Türkiyə və Braziliyada yüksək vergilər, tariflər və milli valyutaların vəziyyətini qiymət fərqlərinin əsas səbəbləri sırasında göstərir.

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.