Azərbaycanda 5 əcnəbi əfv edildi

Prezident İlham Əliyevin sentyabrın 23-də imzaladığı əfv sərəncamı Azərbaycanda cəza çəkən beş əcnəbiyə də şamil olunub. Onlar Fransa, Türkiyə, Rusiya və Pakistan vətəndaşlarıdır.

9

Prezident İlham Əliyevin sentyabrın 23-də imzaladığı əfv sərəncamı Azərbaycanda cəza çəkən beş əcnəbi vətəndaşa da şamil olunub. Onlar cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər.

MSNews.az xəbər verir ki, əfv olunan əcnəbilərdən ikisi Türkiyə, biri Fransa, biri Rusiya, biri isə Pakistan vətəndaşıdır. Siyahıda Türkiyə vətəndaşları Mehmet Demir və Salih Özdemir, Rusiya və İsrail vətəndaşlığı olan Kirill Mixayılov, Fransa vətəndaşı Martin Rayan və Pakistan vətəndaşı Sonia Sabir yer alıblar.

Əfv edilən Fransa vətəndaşı Martin Rayan Azərbaycanda casusluq ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Fransa Xarici İşlər Nazirliyi sentyabrın 23-də onun əfv edilməsini alqışlayıb və qərarı Azərbaycan hakimiyyəti ilə aparılan dialoqun nəticəsi kimi qiymətləndirib.

Ədliyyə Nazirliyinin məlumatına görə, əfv sərəncamının icrası başa çatdırılıb. Sərəncam ümumilikdə 20 nəfəri əhatə edib: azadlıqdan məhrumetmə cəzası çəkən 19 nəfər və azadlığın məhdudlaşdırılması cəzası çəkən bir nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.