Azərbaycan və Ermənistan delimitasiya üzrə yeni sənədləri razılaşdırdı

Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının Ağveranda keçirilən 13-cü görüşündə ekspert qrupları, delimitasiya xəritələri və yekun sənədlərlə bağlı təlimat layihələri razılaşdırılıb.

232

Aprelin 29-da Ermənistanın Ağveran şəhərində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 13-cü görüşü keçirilib. Görüş Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə baş tutub. 

Tərəflər delimitasiya işlərinin aparılması ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar. Görüşdə ekspert qruplarının iş qaydası, delimitasiya xəritələrinin hazırlanması və sərhədin delimitasiyası üzrə yekun sənədlərin tərtibi ilə bağlı əsas təlimat layihələri razılaşdırılıb və mətnlər mübadilə olunub. Bu təlimatların hökumətlər səviyyəsində təsdiq olunması planlaşdırılır.

Məlumata görə, tərəflər əldə olunan irəliləyişin Azərbaycan və Ermənistan liderlərinin siyasi iradəsi nəticəsində mümkün olduğunu vurğulayıblar. Şahin Mustafayev və Mher Qriqoryan həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında ayrıca fikir mübadiləsi aparıblar.

Görüş zamanı Azərbaycan ərazisi ilə Ermənistana yük tranzitinin uğurla həyata keçirildiyi və bu prosesin davam etdiyi qeyd olunub. Bundan başqa, Azərbaycanın Ermənistana neft məhsulları tədarükü də iki ölkə arasında formalaşan ticari-iqtisadi əlaqələrin göstəricisi kimi qiymətləndirilib.

Komissiyaların görüşünün yekununda müvafiq protokol imzalanıb. Növbəti görüşün Azərbaycanda keçirilməsi razılaşdırılıb, onun tarixi isə işçi qaydada müəyyən ediləcək.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.