Azərbaycan minifutbol millisi Avropa çempionatının 1/4 finalında

Azərbaycan minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatının 1/8 finalında Qazaxıstanı 3:2 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Millimizin növbəti rəqibi Çexiya olacaq.

41

Azərbaycan minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib.

MSNews.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda 1/8 final mərhələsində Qazaxıstan yığması ilə qarşılaşıb. Bratislavadakı “Tipos Arena”da keçirilən görüş Azərbaycan millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin heyətində qolları Rəvan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilov vurublar. Bu nəticə ilə Azərbaycan yığması turnirdə mübarizəni davam etdirərək ən güclü səkkiz komanda sırasına düşüb.

Azərbaycan millisi 1/4 finalda Çexiya ilə qarşılaşacaq. 1/8 finalın digər görüşlərində Rumıniya Avstriyanı 7:0, Serbiya Yunanıstanı 4:2, Çexiya isə Monteneqronu 2:0 hesabı ilə üstələyib.

Azərbaycan millisi qrup mərhələsində də uğurlu çıxışı ilə yadda qalıb. Komandamız “F” qrupunda Avstriyaya 1:0, İtaliyaya 3:0, Fransaya isə 3:2 hesabı ilə qalib gələrək pley-off mərhələsinə maksimum nəticə ilə yüksəlmişdi.

Baş məşqçi Elşad Quliyev Qazaxıstanla görüşdən sonra matçın çətin keçdiyini bildirib. Mütəxəssis pley-off oyunlarının çətin olduğunu, rəqibin yaxşı mübarizə apardığını və millimizin oyun ərzində dəyişikliklər edərək nəticəni öz xeyrinə çevirməyi bacardığını qeyd edib.

Avropa çempionatı iyunun 4-də başa çatacaq. Azərbaycan millisi növbəti mərhələdə Çexiyanı məğlub edəcəyi halda yarımfinala vəsiqə qazanacaq.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930