Azərbaycan millisi Fransanı məğlub edərək qrupu lider tamamladı

Azərbaycan minifutbol millisi Avropa çempionatının "F" qrupunda Fransa yığmasını 3:2 hesabı ilə məğlub edərək qrup mərhələsini 9 xalla lider kimi tamamlayıb. 

274

Azərbaycan minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatında qrup mərhələsini maksimum nəticə ilə başa vurub.

MSNews.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda “F” qrupundakı son oyununda Fransa millisi ilə qarşılaşıb. Gərgin keçən görüş Azərbaycan yığmasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində Cəfər Cəfərov, Elvin Əlizadə və Ramiz Çovdarov fərqləniblər. Bu nəticədən sonra Azərbaycan millisi qrup mərhələsində üçüncü qələbəsini qazanaraq “F” qrupunu lider kimi tamamlayıb.

Azərbaycan yığması turnirə Avstriya üzərində 1:0 hesablı qələbə ilə başlamışdı. Daha sonra millimiz İtaliya seçməsini 3:0 hesabı ilə məğlub edərək pley-offa vəsiqəni vaxtından əvvəl təmin etmişdi.

Beləliklə, dünya çempionu olan Azərbaycan millisi Avropa çempionatında da iddiasını davam etdirir. Komanda pley-off mərhələsinə qrup lideri kimi yüksəlməklə növbəti raund öncəsi üstün mövqe qazanıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.