Azərbaycan millisi San Marinoya qalib gəldi

Azərbaycan millisi Avstriya təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ikinci yoxlama oyununda San Marinonu 2:1 hesabı ilə məğlub edib.

172

Azərbaycan milli komandası Avstriya toplanışı çərçivəsində keçirdiyi ikinci yoxlama oyununda San Marino üzərində qələbə qazanıb.

MSNews.az-ın məlumatına görə, millimiz Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda San Marino yığması ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 9-cu dəqiqədə San Marino futbolçusu Nikola Nanni açıb. Azərbaycan yığması 27-ci dəqiqədə Rəhman Daşdəmirovun qolu ilə tarazlığı bərpa edib. İkinci hissənin əvvəlində, 49-cu dəqiqədə Renat Dadaşov fərqlənərək komandamıza qələbə qazandıran qola imza atıb.

Görüşü Macarıstandan olan baş hakim Marton Ruş idarə edib. Hazırda Azərbaycan millisi FİFA reytinqində 124-cü, San Marino isə 211-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan yığması Avstriya toplanışındakı ilk yoxlama oyununda Maltaya 0:2 hesabı ilə uduzmuşdu. San Marino üzərində qələbə komandanın bu toplanış çərçivəsində ilk uğurlu nəticəsi olub.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.