Azərbaycan cüdoçularından tarixi uğur: Avropada birinci olduq!

Azərbaycan cüdoçuları keçirilən U-23 Avropa çempionatını 3 qızıl medalla başa vuraraq ümumi medal sıralamasında birinci yeri tutublar. Əjdər Bağırov və Kənan Nəsibov da Avropa çempionu olublar.

59

Azərbaycan cüdoçuları İtaliyanın Neapol şəhərində keçirilən U-23 Avropa çempionatında daha iki qızıl medal qazanıblar. Əjdər Bağırov və Kənan Nəsibovun qələbələri sayəsində milli komandamız fərdi yarışları 3 qızıl medalla başa vuraraq ümumi medal sıralamasında birinci yeri tutub.

MSNews.az xəbər verir ki, -100 kq çəki dərəcəsində mübarizə aparan Əjdər Bağırov finalda Almaniya təmsilçisi Yannis Başini məğlub edərək Avropa çempionu olub. O, həlledici görüşə qədər Ukrayna, Xorvatiya və Avstriyadan olan rəqiblərini üstələyib.

+100 kq çəki dərəcəsində çıxış edən Kənan Nəsibov isə finalda serbiyalı Vidak Malyeviçə qalib gələrək titulunu qoruyub. Bununla da Nəsibov ardıcıl ikinci dəfə U-23 Avropa çempionu adını qazanıb.

Daha əvvəl millimizin üzvü İslam Rəhimov da -66 kq çəki dərəcəsində Niderland təmsilçisi Yoxem van Harteni məğlub edərək qızıl medal qazanmışdı. O da ardıcıl ikinci dəfə Avropa çempionu olub.

Qeyd edək ki, Neapolda keçirilən çempionatın fərdi yarışlarında 36 ölkədən 275 cüdoçu iştirak edib. Azərbaycanı yarışda 9 kişi idmançı təmsil edib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.