Avstraliya Türkiyəni iki qolla məğlub etdi

Avstraliya millisi FIFA Dünya Kubokunun "D" qrupunda Türkiyəni 2:0 hesabı ilə məğlub edib. Qolları Nestori İrankunda və Konnor Metkalf vurublar.

153

Avstraliya millisi FIFA Dünya Kubokunun qrup mərhələsinə qələbə ilə başlayıb.

MSNews.az xəbər verir ki, “D” qrupunun ilk turunda Avstraliya Türkiyəni 2:0 hesabı ilə məğlub edib. Qarşılaşma Kanadanın Vankuver şəhərindəki “BC Place” stadionunda keçirilib.

Avstraliyanın qollarını Nestori İrankunda və Konnor Metkalf vurublar. İrankunda 27-ci dəqiqədə hesabı açıb, Metkalf isə 75-ci dəqiqədə uzaq məsafədən dəqiq zərbə ilə yekun hesabı müəyyənləşdirib.

Avstraliya qapıçısı Patrik Biç oyunda 8 seyv edərək komandasının qələbəsində mühüm rol oynayıb. Türkiyə topa daha çox nəzarət etsə də, rəqibin müdafiəsini yarmaqda çətinlik çəkib.

Bu nəticə Türkiyə millisinin Dünya Kubokuna 24 ildən sonra qayıdışını uğursuz edib. Avstraliya “D” qrupunda növbəti oyununu ABŞ-a qarşı keçirəcək.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.