“Aston Villa” Avropa Liqasının finalında “Frayburq”la qarşılaşacaq

Unay Emerinin “Aston Villa”sı “Nottingem Forest”i yarımfinalda mübarizədən kənarlaşdıraraq Avropa Liqasının finalına yüksəlib. İngiltərə klubunun finaldakı rəqibi “Frayburq” olacaq.

Unay Emerinin rəhbərlik etdiyi “Aston Villa” UEFA Avropa Liqasında finala vəsiqə qazanıb. İngiltərə klubu yarımfinalın cavab oyununda “Nottingem Forest”i 4:0 hesabı ilə məğlub edib və ilk görüşdəki 0:1 hesablı məğlubiyyətə baxmayaraq, iki oyunun nəticəsinə görə 4:1 üstün olub. “Villa Park”dakı görüşdə qolları Olli Uotkins, Emiliano Buendia və dubl edən Con Makginn vurublar.

Finalda “Aston Villa”nın rəqibi Almaniyanın “Frayburq” klubu olacaq. “Frayburq” yarımfinalın cavab matçında “Braqa”nı 3:1 hesabı ilə məğlub edərək ümumi hesabda 4:3 üstünlüklə tarixində ilk dəfə Avropa Liqası finalına yüksəlib.

Həlledici oyun 20 may 2026-cı ildə İstanbulda, “Beşiktaş Park”da keçiriləcək.

Bu final Unay Emeri üçün xüsusi məna daşıyır. İspaniyalı mütəxəssis Avropa Liqasının ən uğurlu məşqçilərindən sayılır və turniri daha əvvəl dörd dəfə qazanıb. İndi o, “Aston Villa” ilə sevimli turnirində növbəti tituluna çox yaxındır.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.