Argentina Prezidenti Xavyer Miley Nyu-Yorkda “İsrail dostu” mükafatına layiq görülüb

Argentina Prezidenti Xavyer Miley Nyu-Yorkda İsrailə və yəhudi xalqına dəstəyinə görə “Ohev Yisrael” mükafatını alıb. Mərasimdə çıxış edən Miley bu mövqeyini ömrünün sonunadək qoruyacağını bildirib və kapitalizmin mahiyyəti barədə fikirlərini bölüşüb.

11

Argentina Prezidenti Xavyer Miley Nyu-Yorkda İsrailə və yəhudi xalqına dəstəyinə görə “Ohev Yisrael” (“İsrail dostu”) mükafatına layiq görülüb. Miley mükafatı qəbul edərkən bu dəstəyini ömrünün sonunadək davam etdirəcəyini bildirib.

MSNews.az xəbər verir ki, mükafat Mileyə sentyabrın 22-də Nyu-Yorkdakı “Yeshiva Darchei Torah” təhsil müəssisəsində təqdim edilib. Argentina Prezidentinin rəsmi saytında dərc olunan məlumata görə, o, mükafatı şəxsi nailiyyət kimi deyil, İsrailə və yəhudi xalqına dəstəyini davam etdirmək öhdəliyi kimi qəbul etdiyini söyləyib.

Miley mərasimdəki çıxışının bir hissəsini iqtisadi baxışlarına həsr edib. O, kapitalizmin yalnız tamah üzərində qurulmuş sistem kimi təqdim edilməsi ilə razılaşmadığını bildirib. Argentina Prezidentinin fikrincə, kapitalizmin əsasını rifaha yönəlmək, şəxsi mülkiyyət hüququna və başqalarının mülkiyyətinə hörmət təşkil edir. O, bu hüquqların dövlət tərəfindən də pozulmamalı olduğunu vurğulayıb.

Miley çıxışında iqtisadi sistemlə bağlı mövqeyini dini və əxlaqi prinsiplərlə də əlaqələndirib. O, şəxsi mülkiyyətin qorunmasını və könüllü mübadiləni azad cəmiyyətin əsas şərtləri kimi xarakterizə edib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.