Argentina kəşfiyyatından Folklend mesajı: “İzləyirik”

Argentinanın SIDE kəşfiyyat xidməti Folklend/Malvin adalarının peyk görüntüsünü “İzləyirik” mesajı ilə paylaşıb. Sirli paylaşım prezident Xavyer Mileyinin adalarla bağlı yeni tədbirlər açıqlamasından bir neçə saat sonra edilib.

76

Argentinanın Dövlət Kəşfiyyatı Katibliyi (SIDE) Folklend/Malvin adalarının kosmosdan çəkilmiş görüntüsünü “İzləyirik” mesajı ilə paylaşaraq diqqət çəkib.

MSNews.az xəbər verir ki, sentyabrın 4-də qurumun rəsmi “X” hesabında yayımlanan paylaşımda bundan başqa heç bir açıqlama verilməyib.

Bu barədə “MercoPress”“Los Andes” məlumat yayıb.

Paylaşım yerli vaxtla saat 04:13-də, Argentina Prezidenti Xavyer Mileyinin Malvin adaları ilə bağlı xalqa müraciətindən bir neçə saat sonra edilib. Görüntüdə arxipelaqın iki əsas adası və SIDE-nin emblemi yer alıb. Kəşfiyyat xidməti “İzləyirik” ifadəsinin konkret olaraq nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Mileyi sentyabrın 3-də televiziya ilə yayımlanan çıxışında Argentinanın adalar üzərində suverenlik iddiasını yenidən vurğulayıb. Argentina Prezident Administrasiyası tərəfindən yayımlanan çıxışda prezident Folklend/Malvin adaları ətrafında Buenos-Ayresin icazəsi olmadan neft fəaliyyəti həyata keçirən şirkətlərə qarşı tədbirlərin sərtləşdiriləcəyini bildirib.

Argentina hökuməti ertəsi gün adalar ətrafında neft və qaz fəaliyyətində iştirak etdiyi bildirilən 45 fiziki və hüquqi şəxsə qarşı sanksiya prosedurlarının başladıldığını rəsmən açıqlayıb. Tədbirlər xüsusilə “Sea Lion” neft layihəsi fonunda gündəmə gəlib. “Reuters” layihənin Argentina ilə Böyük Britaniya arasında uzunmüddətli suverenlik mübahisəsində yeni gərginlik yaratdığını yazır.

SIDE-nin paylaşımı qeyri-adi hesab olunur, çünki kəşfiyyat qurumları adətən müşahidə və əməliyyat fəaliyyətlərinə dair bu cür açıq mesajlar yaymırlar. “MercoPress” həmçinin SIDE-nin Mileyinin Malvin adaları ilə bağlı çıxışının hazırlanmasında iştirak etdiyini yazıb.

Böyük Britaniya isə Argentina prezidentinin son açıqlamalarından sonra adalarla bağlı mövqeyinin dəyişmədiyini bəyan edib. London Folklend adalarının Britaniyanın dənizaşırı ərazisi olduğunu və sakinlərin öz müqəddəratını müəyyən etmək hüququnu müdafiə etdiyini bildirir. Argentina isə adalar üzərində suverenlik iddiasını davam etdirir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.