Ankara meri Mansur Yavaş CHP-dən istefa verdi

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini açıqlayıb. O, bələdiyyə sədri vəzifəsini saxlayacağını və siyasi fəaliyyətini müstəqil şəkildə davam etdirəcəyini bildirib.

134

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini açıqlayıb. O, siyasi fəaliyyətini bundan sonra müstəqil şəkildə davam etdirəcəyini, Ankara meri vəzifəsindən isə ayrılmayacağını bildirib.

MSNews.az xəbər verir ki, Yavaş sentyabrın 23-də sosial şəbəkə hesabında paylaşdığı açıqlamada qərarını uzun müddət düşündükdən sonra verdiyini qeyd edib. O, partiya daxilində son dövrlər yaşanan hüquqi və siyasi mübahisələrə toxunaraq həmin proseslərlə bağlı mövqeyinin dəyişmədiyini bildirib.

Bu barədə “Anadolu” agentliyi  məlumat yayıb.

Yavaş istefa qərarını gün ərzində səsləndirilmiş bəzi açıqlamalarla əlaqələndirib. Türkiyə mediasının məlumatına görə, bundan əvvəl CHP sözçüsü Müslim Sarı Yavaşın partiya rəhbərliyi ilə münasibətlərinə dair tənqidi fikirlər bildirmişdi. Yavaş isə açıqlamasında başqa bir siyasi partiyaya keçəcəyini elan etməyib.

Ankara meri vəzifəsini davam etdirəcəyini vurğulayan Yavaş siyasi baxışlarından asılı olmayaraq bütün şəhər sakinlərinə xidmət göstərəcəyini bildirib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.