“Angel City” – “Portland” matçında körpə yarışı viral oldu

ABŞ qadın futbol liqasında “Angel City” – “Portland Thorns” matçının fasiləsində körpələrin dörd ayaq üstə yarışı keçirilib. Qara kepkalı körpənin qələbəsi sosial şəbəkələrdə gündəm olub.

9

ABŞ qadın futbol liqasında “Angel City” və “Portland Thorns” arasında keçirilən matçın fasiləsində azarkeşlər üçün qeyri-adi və əyləncəli yarış təşkil olunub. Meydana çıxarılan körpələr dörd ayaq üstə finiş xəttinə doğru “yarışıblar” və bu görüntülər sosial şəbəkələrdə böyük maraq doğurub.

ESPNW yarışın videosunu “Angel City” fasiləsində körpə yarışı” başlığı ilə yayıb.

“Angel City” klubu bu tədbiri özünün ilk “Halftime Baby Race” yarışı kimi təqdim edib. Klub daha əvvəl yarış iştirakçılarını tanıtmış və bunun aprelin 26-da keçirilən “Kids’ Day” matçında baş tutacağını bildirmişdi.

Yarışın ən diqqətçəkən iştirakçısı qara kepkada olan körpə olub. O, finişə birinci çataraq qalib gəlib və yarışdan dərhal sonra ətrafdakılar tərəfindən sevinc içində qucağa götürülüb. “Angel City” daha sonra yarış iştirakçılarını təbrik edən paylaşım da edib.

Matçın özündə isə “Portland Thorns” səfərdə “Angel City”ni 2:1 hesabı ilə məğlub edib. Klubun rəsmi məlumatına görə, Portlandın qollarını Sofiya Uilson və Pietra Tordin vurub.