Almaniya millisi 2026-cı il FIFA Dünya Kubokuna böyükhesablı qələbə ilə başlayıb.
MSNews.az xəbər verir ki, “E” qrupunun ilk turunda Almaniya Kürasaonu 7:1 hesabı ilə məğlub edib. Qarşılaşma ABŞ-ın Hyuston şəhərindəki “Houston Stadium”-da keçirilib.

Almaniyanın qollarını Feliks Nmeça, Niko Şlotterbek, Kai Haverts, Camal Musiala, Nathaniel Braun və Deniz Undav vurublar. Haverts matçda dubl edib.
Kürasao 21-ci dəqiqədə Livano Komenensianın qolu ilə hesabı 1:1-ə gətirsə də, Almaniya daha sonra üstünlüyü tam ələ alıb. Bu qol Kürasaonun Dünya Kuboku tarixində ilk qolu kimi yadda qalıb.

Bu nəticədən sonra Almaniya “E” qrupunda turnirə inamlı start verib. Kürasao isə ağır məğlubiyyətə baxmayaraq, mundial debütündə ilk qolunu vurması ilə tarixi an yaşayıb.