Alen Simonyan 26 yaşlı Aneliya Qubryanla kilsədə nikaha daxil oldu

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan 26 yaşlı model Aneliya Qubryanla kilsədə nikah mərasimi keçirib. Cütlük fevralda nişanlanmış, iyunda isə rəsmi nikah üçün müraciət etmişdi.

85

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan 26 yaşlı model Aneliya Qubryanla kilsədə nikah mərasimi keçirib.

MSNews.az xəbər verir ki, sentyabrın 5-də keçirilən mərasimdən görüntülər Ermənistan mediasında və sosial şəbəkələrdə yayılıb.

“NEWS.am”-ın məlumatına görə, dini nikah mərasimini Vayots Dzor bölgəsindən olan keşiş Ter Hovhannes aparıb. Toy mərasiminə Ermənistanın Baş naziri Nikol Paşinyan və digər yüksək vəzifəli rəsmilərin də dəvət olunduğu bildirilir.

Cütlüyün münasibətləri bu ilin əvvəlindən ictimaiyyətə açıq şəkildə məlum olub. Onlar fevralın sonunda nişanlanıblar. Ermənistan mediası həmin vaxt 46 yaşlı Simonyanla 26 yaşlı Qubryan arasında 20 yaş fərqinin olduğunu yazmışdı.

İyunun 17-də Simonyan və Qubryan dövlət nikahının qeydiyyatı üçün birgə ərizə təqdim etmişdilər. Simonyan həmin anın görüntülərini sosial şəbəkə hesabında özü paylaşmışdı.

Ermənistan mediasının son məlumatlarında Qubryan artıq Simonyanın həyat yoldaşı kimi təqdim olunur. Sentyabrın 2-də Simonyan onun doğum günü münasibətilə birgə fotolarını paylaşaraq həyat yoldaşını açıq şəkildə təbrik edib.

Alen Simonyan hazırda Ermənistan Təhlükəsizlik Şurasının katibidir. Ermənistan hökumətinin rəsmi məlumatına görə, o, bu vəzifəyə 13 avqust 2026-cı ildə Baş nazir Nikol Paşinyanın qərarı ilə təyin olunub. Bundan əvvəl Simonyan 2021-2026-cı illərdə Ermənistan Milli Assambleyasının sədri olub.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.