ABŞ Afrika Komandanlığının (AFRICOM) komandanı, ordu generalı Daqvin Anderson Nigeriyaya ABŞ hərbçilərindən ibarət kiçik bir hərbi qrupun göndərildiyini açıqlayıb.
ABŞ Dövlət Departamentinin rəsmi internet saytında Andersonun son açıqlamalarına yer verilib. O bildirib ki, ötən il Romada keçirilən tədbir çərçivəsində Nigeriya Prezidenti Bola Əhməd Tinubu ilə görüşüb və tərəflər regionda birgə əməkdaşlıq barədə razılığa gəliblər.
Görüşlərdən sonra Nigeriyanı dəstəkləmək məqsədilə ABŞ personalından ibarət kiçik bir hərbi heyətin bu ölkəyə göndərildiyi bildirilib.
Hazırda sözügedən hərbi qrupun Nigeriyaya dəqiq nə vaxt çatdığı barədə məlumat verilməyib.