ABŞ: İran blokadasının ilk 48 saatında heç bir gəmi keçə bilmədi

CENTCOM bildirib ki, İran limanlarına qarşı tətbiq olunan ABŞ dəniz blokadasının ilk 48 saatında heç bir gəmi nəzarətdən keçə bilməyib, 9 gəmi isə geri döndərilib. 

7

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İran limanlarına giriş-çıxışı hədəfləyən dəniz blokadasının ilk 48 saatında heç bir gəmi ABŞ qüvvələrinin nəzarətini yara bilməyib.

“Reuters”-in məlumatına görə, ABŞ hərbi tərəfi eyni zamanda 9 gəminin verilən göstərişə tabe olaraq geri döndüyünü və yenidən İran limanı və ya sahil zonasına yönəldiyini açıqlayıb.

“Associated Press” də yazır ki, CENTCOM-un bəyanatına əsasən, ABŞ hərbi-dəniz qüvvələri İran limanlarına daxil olan və ya oradan çıxan gəmilərə qarşı blokadanı “tam tətbiq edib”. Nəşrin materialında qeyd olunur ki, 9 gəmi geri çevrilib, bəzi sanksiyalı və ya İranla əlaqəli tankerlər isə boğazı keçdikdən sonra dayanıb və ya geri dönüb.

Burada vacib bir detal var: bu blokada Hörmüz boğazının özündə yox, əsasən İran limanları və sahil zonaları ilə bağlı tətbiq olunur. Gəmilərin Hörmüzdən keçməsi avtomatik olaraq blokadanı yarmaq anlamına gəlmir, çünki ABŞ onları daha sonra Oman körfəzi və Ərəb dənizi istiqamətində saxlamağa və geri qaytarmağa çalışır. Bu səbəbdən “boğazdan keçdi” ilə “blokadanı yardı” eyni şey deyil.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930