ABŞ‑ın Suriya üzrə xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşdü

ABŞ‑ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Suriya Prezidenti Əhməd əl-Şaraa ilə Dəməşqdə görüşərək Hələbdəki gərginlikləri və regionda dialoqun bərpasını müzakirə etdi. Barrak bütün tərəfləri şiddəti dayandırmağa və mövcud razılaşmalara sadiq qalmağa çağırdı.

189

ABŞ‑ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak, Suriya Prezidenti Ahmed əl-Şaraa və Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani ilə Suriyanın paytaxtı Dəməşqdə görüş keçirib. Görüş zamanı Hələbdəki son gərginliklər və Suriya məsələsində atılacaq addımlar müzakirə olunub.

Barrak görüşdən sonra sosial şəbəkə hesabında yazdığı açıqlamada, ABŞ‑ın 10 Mart və 1 Aprel 2025-ci il tarixlərində imzalanan razılaşmalara əsaslanaraq Suriya hökuməti ilə dialoqu bərpa etməyə çağırdığını bildirib. O, Hələbdəki son hadisələri təəssüf doğurucu və narahatlıq yaradıcı adlandıraraq bütün tərəflərdən düşmənçilik hərəkətlərini dərhal dayandırmağı tələb edib.

ABŞ nümayəndəsi həmçinin, Donald Tramp və xarici işlər naziri Marko Rubio adından danışdığını vurğulayaraq, Suriya hökumətinin ölkəni sabitləşdirmək, milli institutları yenidən qurmaq və Suriya xalqının rifahını təmin etmək üçün göstərdiyi səylərə dəstək verdiklərini dilə gətirib.

Barrak Suriya Demokratik Qüvvələri (SDQ) ilə birgə terrorla mübarizədə əldə olunan nailiyyətlərin əhəmiyyətinə də diqqət çəkərək, tərəflər arasında ənənəvi və konstruktiv əməkdaşlığın davam etməsinin vacibliyini vurğulayıb. Görüşdə SDQ ilə Suriya hökuməti arasında imzalanmış sənədlərin şərtlərinə sadiqlik yenidən təsdiqlənib.

Rəsmi açıqlamada Barrak, şiddətin Suriya daxilindəki irəliləyişləri təhlükə altına atdığını qeyd edərək bütün tərəflərə mötədil davranmağa və mövcud razılaşmalar çərçivəsində dialoqa qayıtmağa çağırıb.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.