ABŞ Əmək Nazirliyi ətrafında etik skandal

ABŞ ƏməkNazirliyində aparılan daxili yoxlama nazir Lori Çavez-DeRemer haqqında ofisdə alkoqol saxladığı, rəsmi səfərdə işçilərlə strip klubuna getdiyi və etik olmayan davranışlar sərgilədiyi iddialarını ortaya çıxardı. Skandal ABŞ siyasi dairələrində ciddi səs-küyə səbəb olub.

20

ABŞ siyasətində yeni bir korrupsiya və etik pozuntu skandalı ölkə gündəmini silkələyib. ABŞ-ın əmək naziri Lori Çavez-DeRemer barəsində aparılan geniş daxili yoxlama çoxsaylı ciddi iddiaları gündəmə gətirib.

Yoxlama materiallarına görə, nazirin Vaşinqtondakı ofisində şəxsi alkoqol ehtiyatı saxladığı və iş saatlarında alkoqoldan istifadə etdiyi iddia olunur. Eyni zamanda, Nazir Çavez-DeRemer 2025-ci ilin aprelində rəsmi səfər çərçivəsində Oreqon ştatına etdiyi səfərdə, dövlət büdcəsi hesabına Portlandda bir strip klubuna getməkdə ittiham edilir.

Rəsmi proqram çərçivəsində texnologiya şirkətinə və dövlət rəsmilərinə səfər adı altında təşkil olunan səfərin bir hissəsində, nazirin özü ilə birlikdə heyəti bu əyləncə məkanına apardığı irəli sürülür. Bu məbləğin dövlət vəsaiti hesabına ödənildiyi iddiası müfəttiş hesabatında yer alıb.

Yoxlamalar zamanı həmçinin nazirin yüksək vəzifəli köməkçiləri Cayhun XanRebekka Raytın də əməkdaşlara qarşı sistemli zorakılıq təzyiqləri göstərməsi iddia edilib ki, bu da ofisdə düşmən münasibət atmosferi yarandığına dair şikayətlərə yol açıb.

Daha dərinə gedən araşdırmalar maliyyə pozuntuları və uyğunsuz münasibətlər barədə də məlumatlar aşkar edib: bəzi rəsmi səfərlərdə süni xərclər göstərilib, dövlət hesabına qeyri-rəsmi fəaliyyətlər üçün büdcədən vəsait çıxarıldığına dair dəlillər toplandığı bildirilir.

Hazırda bu ciddi ittihamlar ABŞ siyasi dairələrində geniş müzakirə mövzusuna çevrilib və bəzi siyasətçilər nazirin vəzifəsindən azad olunmasını tələb edirlər. Nazir tərəfi isə bütün iddiaları rədd edərək məsələni əsassız adlandırıb.