ABŞ‑dan Maduroya son təklif: “Türkiyəyə get”

ABŞ administrasiyası Nikolas Maduroya hakimiyyəti tərk edib Türkiyəyə getməyi təklif etdi, lakin Maduro bu təklifi rədd etdi. Rədd cavabından sonra ABŞ hərbi əməliyyat qərarını verdi.

36

ABŞ administrasiyası 23 dekabr 2025‑ci ildə Venesuelanın Prezidenti Nikolas Maduroya hakimiyyəti tərk etməsi və Türkiyəyə getməsi barədə son bir təklif göndərib. Bu məlumatı “New York Times” tərəfindən yayımlanan məqaləyə istinadən təqdim edirik. Bu təklifə görə, ABŞ Maduroya xaricdə rahat və təhlükəsiz bir həyat təmin edəcəyini vəd edib, lakin bu təklif rədd edilib. 

Venesuelalı mənbələrə əsaslanan xəbərdə bildirilir ki, 63 yaşlı Maduroya belə bir seçim təqdim olunduğu halda o, bu təklifi qəbul etməyib. Təklifin rədd edilməsindən sonra ABŞ Prezidenti Donald Tramp 25 dekabrda hərbi əməliyyata başlamaq qərarını verib.

Nəşrdə həmçinin qeyd olunur ki, ABŞ xüsusi təyinatlıları artıq avqust ayından Venesuelaya sızmışdılar. Onlar Karakasda məskunlaşaraq, Maduronun gedib-gəldiyi marşrutu, gündəlik vərdişlərini, ətrafını ən xırda detallarına qədər öyrənməyi bacarmışdılar. Hətta Maduronun ən yaxın ətrafına da nüfuz edərək, onun evində hansı heyvanları saxladıqlarına dair bilgilərdən belə agah olmuşdular.

Xəbərdə eyni zamanda qeyd olunur ki, ABŞ‑in digər aparıcı nəşri olan “Washington Post”da 2025‑ci ilin noyabr ayında Maduro üzərində artan təzyiqlər fonunda ölkəsini tərk etməyi düşünərsə, ən çox ehtimalla onun Türkiyədə sığınacağı bir yer tapacağı barədə məlumat vermişdi. Məqalədə amerikalı və Ağ Evə yaxın mənbələrə istinadla belə ifadələr yer alıb: