ABŞ-da dizelin qiyməti yeni rekord qırdı: 1 qallon 6,51 dollar

ABŞ-da dizel yanacağının orta qiyməti sentyabrın 21-də bir qallon üçün 6,51 dollara yüksələrək tarixi maksimumu yeniləyib. Bir il əvvəl bu göstərici təxminən 3,70 dollar idi.

104

ABŞ-da dizel yanacağının orta qiyməti yeni tarixi rekorda çatıb. Amerika Avtomobil Assosiasiyasının (AAA) sentyabrın 21-nə olan məlumatına görə, bir qallon (təxminən 3,79 litr) dizelin qiyməti 6,51 dollara yüksəlib. Bir il əvvəl isə ölkə üzrə orta qiymət təxminən 3,70 dollar təşkil edirdi.

MSNews.az xəbər verir ki, dizelin qiyməti sentyabrın 20-də 6,49 dollara yüksələrək rekord müəyyən etmişdi. Lakin AAA-nın ertəsi gün yenilənən göstəricisi yanacağın bahalaşmaqda davam etdiyini ortaya qoyub. Assosiasiyanın məlumatına əsasən, bir həftə əvvəl dizelin orta qiyməti 6,23 dollar idi.

“Reuters”  agentliyinin təhlilinə görə, qiymət artımına Yaxın Şərqdəki müharibənin yanacaq tədarükünə təsiri və neft emalı imkanlarının məhdudluğu təzyiq göstərir. Dizeldən yükdaşımada, kənd təsərrüfatında və sənayedə geniş istifadə edildiyi üçün onun bahalaşması müəssisələrin xərclərini artırır.

Dizelin qiymətindəki artımın daşınma xərcləri vasitəsilə ərzaq və digər gündəlik tələbat mallarının qiymətlərinə də təsir göstərə biləcəyi bildirilir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.