ABŞ 66 beynəlxalq təşkilatdan çıxdı

ABŞ Prezidenti Donald Tramp imzaladığı qərarla ölkəni 31-i BMT-yə bağlı olmaqla ümumilikdə 66 beynəlxalq təşkilatdan çəkdi. Sərəncam “Amerika milli maraqları” səbəbindən verilib və maliyyə dəstəyi dayandırılacaq.

325

ABŞ Prezidenti Donald Tramp ölkənin 66 beynəlxalq təşkilatdan rəsmi olaraq geri çəkilməsi barədə sərəncam verib. Bu təşkilatlar arasında 31-i Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı qurumlar da var. 

Ağ Evin açıqlamasında bildirilir ki, bu addımın məqsədi bu qurumların “Amerika milli maraqlarına xidmət etməməsi” və bu maraqlara zidd fəaliyyət göstərməsi ilə əlaqədardır. Sərəncamla ABŞ yalnız bu təşkilatlara üzvlüyü dayandırmır, eyni zamanda, onlara verdiyi maliyyə dəstəyini tamamilə kəsir.

Açıqlamada qeyd olunur ki, 66 təşkilatdan çıxma qərarı, onlara ayrılan milyonlarla vergi ödəyicisinin pulunun daha effektiv şəkildə ABŞ maraqlarına yönəldilməsi üçün verilib. Traump administrasiyası bu təşkilatları “çoxluqları təmsil etməyən, səmərəsiz, lazımsız və ABŞ suverenliyinə zərər verən” strukturlar kimi xarakterizə edib.

Bu qərar Trampın “America First” (Öncə Amerika) siyasətinin xarici siyasətdə daha geniş miqyasda tətbiqinin bir hissəsi kimi qiymətləndirilir. ABŞ ötən il də Paris İqlim Sazişi və BMT İnsan Hüquqları Şurası daxil olmaqla bir sıra beynəlxalq anlaşmalardan çəkilmişdi.

Ekspertlər bu addımın ABŞ-ın qlobal diplomatik roluna və beynəlxalq əməkdaşlığa təsirinin dərin olacağını bildirirlər, xüsusən, iqlim dəyişikliyi, əmək, miqrasiya və digər qlobal məsələlərdə əməkdaşlıq mexanizmlərinin zəifləyə biləcəyini vurğulayırlar.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.