Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçirilib

2026-cı il yanvarın 15-də Ermənistan və Azərbaycan tərəflərinin nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinin texniki vəziyyətini qiymətləndirmək üçün birgə baxış keçirib, infrastrukturun bərpası üçün lazım olan hazırlıqlar müzakirə olunub.

76

Yanvarın 15-də Ermənistan və Azərbaycan tərəflərinin nümayəndələri tərəfindən Sədərək-Yerasx dəmir yolu sahəsinin mövcud infrastruktur vəziyyətinə birgə baxış keçirilib.

Sözügedən baxışın məqsədi bu dəmir yolu sahəsinin müvafiq bərpa-infrastruktur tədbirlərinin icrası üçün nəzərdə tutulan xüsusi dəmir yolu tikinti texnikasının hərəkəti baxımından texniki yararlılığının qiymətləndirilməsi olub.

Keçirilən baxış çərçivəsində tərəflər həmin sahədə dəmir yolu infrastrukturunun texniki vəziyyətinin qiymətləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.