Minatəmizləmə ilə bağlı qanunlara dəyişiklik edildi

Milli Məclis minatəmizləmə fəaliyyəti ilə əlaqədar vergi, səhiyyə, mədəniyyət və digər sahələri əhatə edən qanunlara dəyişiklikləri təsdiqlədi.

282

Milli Məclis “Minatəmizləmə fəaliyyəti haqqında” Qanunun icrası ilə əlaqədar bir sıra qanunlara dəyişiklik edib. Qanun 15 yanvar 2026-cı il tarixdə qəbul olunub və minatəmizləmə fəaliyyətinin hüquqi, sosial və institusional əsaslarının gücləndirilməsini nəzərdə tutur.

Dəyişikliklər Vergi Məcəlləsi, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Heyvanlar aləmi haqqında”, “Gömrük tarifi haqqında”, “Psixoloji yardım haqqında”, “Standartlaşdırma haqqında” və “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunları əhatə edir.

Qanuna əsasən, minatəmizləmə fəaliyyəti zamanı zərərçəkmiş şəxslərin dövlət hesabına tibbi və psixoloji yardımla təmin edilməsi təsbit olunur. Eyni zamanda, tarixi və mədəni abidələrin, təbiət və heyvanlar aləminin qorunması ilə bağlı normalara minatəmizləmə fəaliyyəti ayrıca daxil edilir. Vergi və gömrük güzəştləri ilə bağlı maddələrdə terminologiya dəqiqləşdirilir, “təhlükəli ərazilər” anlayışı hüquqi çərçivədə təsbit olunur.

Dəyişikliklər minatəmizləmə sahəsində fəaliyyətin daha sistemli və təhlükəsiz şəkildə həyata keçirilməsinə, eləcə də zərərçəkmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.