Zambiya futbolu: Librevil faciəsindən 2012-ci il qələbəsinə

25 il əvvəl Zambiya millisinin üzləşdiyi Librevil təyyarə faciəsi ölkə futbolunu sarsıtdı. Yeganə sağ qalan futbolçu Kaluşa Bvalvanın ətrafında formalaşan komanda 2012-ci ildə Afrika Millətlər Kubokunu qazanaraq tarixi zəfər qazandı.

90

Afrika futbolu 25 il əvvəl, 27 aprel 1993-cü il tarixində ən ağır günlərindən birini yaşadı. Qabonun paytaxtı Libreville yaxınlığında baş verən təyyarə qəzası nəticəsində Zambiya milli komandası tamamilə məhv oldu.

1 il sonra keçiriləcək dünya çempionatına qatılmağı planlayan zambiyalılar Seneqalla matç üçün yola düşürdü. Təyyarə yolda bir dəfə yanacaq doldursa da, texniki nasazlıq yaranmışdı, lakin uçuş davam etdi. Nəticədə, enişə yaxın təyyarə Atlantik okeanına düşdü. Qəzada 30 nəfər həlak oldu, onlardan 18 nəfəri futbolçular və texniki heyət üzvləri idi. Millinin yeganə sağ qalan üzvü Kaluşa Bvalva oldu; o, o vaxt Hollandiyanın “PSV” klubunda çıxış edirdi və Qabona 1 gün sonra çatmalı idi.

Bu faciə Zambiya futbolunun gələcək tarixində fərqli bir mərhələnin başlanğıcı oldu. Milli komanda növbəti illərdə məhz, Bvalvanın ətrafında formalaşdı. O, 2003-2006-cı illərdə milli komandaya rəhbərlik etdi, daha sonra 2008-ci ildə Zambiya Futbol Federasiyasının prezidenti seçildi.

Taleyin ironiyası odur ki, qəzanın baş verdiyi Librevil şəhərində zambiyalılar növbəti dəfə göz yaşlarına boğuldular – bu dəfə kədərdən yox, sevincdən. Afrika Millətlər Kubokunun finalında Zambiya, Fil Dişi Sahilini məğlub edərək 2012-ci ildə qitənin ən güclüsü oldu. Bu həm də ölkənin futbol tarixində ən böyük uğur kimi qeyd edildi.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930