“X” sosial şəbəkəsi İran bayrağını dəyişdirdi

"X" sosial media platforması İranda genişlənən etirazlar fonunda İranın rəsmi bayraq emojisini 1979‑cu il inqilabı öncəsi monarxiya bayrağı ilə əvəz edib. Bu simvol etirazlarda müxalifət mövqeyini ifadə edən güclü işarə hesab olunur.

268

ABŞ‑mərkəzli “X”  sosial media platforması İranın rəsmi bayraq emojisini ölkədəki kütləvi etirazlar fonunda 1979‑cu il inqilabından əvvəlki “Aslan və Günəş”  bayrağı ilə əvəz edib. Bu dəyişiklik istifadəçilər tərəfindən plartformanın veb versiyasında müşahidə olunub və İran hökumətinin rəsmi hesablarında da fanilər olaraq göstərilib.

“X”‑in məsul əməkdaşı Nikita Bier bir istifadəçi sorğusuna cavab olaraq bu yeniləmənin ediləcəyini bildirib. Qısa müddət sonra veb üzərindəki İran bayrağı emojisi dəyişdirilərək, 1979‑cu il inqilabından əvvəl bu ölkənin dövlət bayrağında istifadə olunan «Aslan və Günəş» simvolu ilə əvəz olunub. Bu simvol İranın monarxik dövrünü xatırladır və hazırkı etirazlarda müxalifət qrupları arasında geniş yayılıb.

Bayrağın dəyişdirilməsi, İran daxilində sürətlə genişlənən etirazlar və narazılıqlar ilə eyni zamana təsadüf edir. İranda son günlər geniş iqtisadi böhran və sosial narazılıqlar səbəbilə etirazlar baş qaldırıb, və bu prosesdə bir çox vətəndaş rəsmi İslam Respublikası bayrağını monarxiyanı təmsil edən “Aslan və Günəş” simvolu ilə əvəzləyərək rejimə qarşı narazılıqlarını nümayiş etdiriblər.

Bu dəyişiklik yalnız “X” platformasının veb versiyasında tətbiq olunub; digər cihaz və tətbiq versiyalarında isə hələlik İranda rəsmi dövlət bayrağı görünür.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.