Almaniyada hər 5 nəfərdən biri ölkədən köçməyi düşünür 

Yeni araşdırma göstərir ki, Almaniyada hər 5 nəfərdən biri ölkədən köçməyi düşünür. Daha yaxşı həyat və diskriminasiya təcrübəsi bu meylin əsas səbəblərindəndir və miqrasiya təcrübəsinə malik şəxslər arasında daha çox müşahidə edilir.

188

Almaniyada aparılan yeni araşdırma ölkə əhalisinin təxminən 21 %-nin xaricə köçməyi düşündüyünü göstərişdir. Bu rəqəm o deməkdir ki, hər beş nəfərdən biri Almaniyanı tərk etməyi düşünür.

Almaniya İnteqrasiya və Köç Araşdırmaları Mərkəzi (DeZIM) tərəfindən 2024-cü ilin yayından 2025-ci ilin yayına qədər 2 933 respondent arasında aparılan sorğuya görə, miqrasiya təcrübəsinə sahib şəxslər və onların uşaqları bu fikri daha çox səsləndiriblər: miqrasiya təcrübəsinə malik olanlar arasında bu göstərici 34 %, onların uşaqları arasında isə 37 % təşkil edib. Sorğuda miqrasiya təcrübəsi olmayan respondentlərin 17 %-i köç etməyi düşündüyünü bildirib.

Respondentlərin ən çox göstərdiyi səbəblərdən biri “daha yaxşı həyat səviyyəsi” arzusu olub. Mühacirət təcrübəsinə malik şəxslər arasında diskriminasiya təcrübələri də bu qərarın formalaşmasına təsir edən amillərdən biridir. Təhlilçilər bildiriblər ki, bu göstərici Almaniyada yaşanan sosial və iqtisadi müzakirələr ilə bağlı narahatlıq hissi ilə də bağlıdır.

Araşdırmada qeyd olunub ki, köç barədə düşünənlərin çoxunda bu hələ də yalnız nəzəri düşüncə səviyyəsindədir və insanların çoxunda konkret köç planı yoxdur. Bununla belə, bu meyl ölkədəki demoqrafik dəyişikliyi və əmək bazarında işçi çatışmazlığını artıran faktorlar arasında hesab edilir.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.