Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin yeni direktoru təyin olunub.
MSNews.az xəbər verir ki, Sadiq Cabir oğlu Əliyev bu vəzifəyə gətirilib.
S.Əliyev 1984-cü ildə anadan olub və 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə isə magistr təhsili alıb. Peşəkar karyerasına 2006-cı ildən İqtisadiyyat Nazirliyində başlayan S.Əliyev müxtəlif vəzifələrdə çalışıb, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsini icra edib. 2024-cü ilin mayından Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri kimi fəaliyyət göstərdikdən sonra hazırkı təyinatla Dövlət Xəzinədarlıq Agentliyinə rəhbər təyin olunub.