Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Hələbdə Suriya Demokratik Qüvvələri (SDQ) nəzarətində olan ərazilərə qarşı başlayan əməliyyatın tamamilə Suriya Ordusu tərəfindən aparıldığını açıqlayıb.
MMN-nin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri Kontr-admiral Zeki Aktürk bildirib ki, Suriya hökuməti əməliyyata, sivil əhalinin və təhlükəsizlik qüvvələrinin həyatını qorumaq məqsədilə başlayıb. Türkiyə Suriyada baş verənləri diqqətlə izləyir və “Suriya təhlükəsizliyi bizim təhlükəsizliyimizdir” prinsipinə sadiq olduğunu vurğulayıb. Nazirlik həmçinin, Suriya birliyi və torpaq bütövlüyünün qorunması çərçivəsində ölkənin yardım tələbi olarsa, dəstək verməyə hazır olduğunu bildirib.

Aktürk həmçinin, sərhəd daxili və sərhəd xaricində aparılan əməliyyatlarda tunel və mina məhvetmə işləri barədə məlumat verib. Münbiçdə 2 km-lik tünel daxil olmaqla ümumilikdə 743 km-lik tunel və Tel Rıfatdakı tunellərin hamısı, Münbiçdə isə 91%-i məhv edilib. Sərhəd təhlükəsizliyi ilə bağlı isə 1 yanvardan indiyədək qanunsuz keçməyə çalışan 108 nəfərin saxlanıldığı, 853 nəfərin sərhədi keçmədən əngəlləndiyi bildirilib. Van sərhədində aparılan yoxlamalarda 51 kq narkotik maddə aşkar edilib.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri həm milli təhlükəsizliyi təmin etmək, həm də bölgədə sabitlik və sülhün qorunmasına töhfə vermək üçün fəaliyyətini davam etdirir. Bu çərçivədə, Ukrayna “İstəklilər Koalisiyası”na dəstək, Qara dənizdə mina təhlükəsinə qarşı tədbirlər və beynəlxalq təlimlərdə iştirak da davam edir.
MMN, həmçinin İsrailin Qəzzada humanitar yardımlara məhdudiyyət qoyması və atəşkəsin pozulması məsələlərinə diqqət çəkərək, beynəlxalq ictimaiyyətin bu mövzularda bərabər və davamlı hərəkət etməsinin vacibliyini vurğulayıb. Türkiyə Silahlı Qüvvələri həmçinin Somali və digər bölgələrdə də təhlükəsizliyin təmin olunmasına dəstək verməyə davam edir.