Rus milyarder helikopter qəzasında öldü

Rusiya Perm vilayətində elektrik xətlərinə ilişərək qəzaya uğrayan helikopterdə nəqliyyat şirkəti sahibi İlyas Gimandutdinov və idarəçi Elmir Koniakov həlak olub. Uçuşun lisenziyasız olduğu iddia edilir, araşdırma davam edir.

80

Rusiya Perm vilayətində xüsusi bir helikopterin elektrik xətləri ilə toqquşması nəticəsində büyük bir nəqliyyat şirkətinin sahibi olan rus iş adamı İlyas Gimandutdinov və həmin şirkətin idarəçilərindən Elmir Koniakov həlak olub.

Hadisə, Ural dağları bölgəsində baş verib və qəzaya dair görüntülər ətrafdakı kameralar tərəfindən qeydə alınıb.

Məlumatlara görə, “Robinson R44 Raven” tipli helikopter uçuş zamanı alçaq hündürlükdə elektrik xətlərinə dolanaraq Asatli parkının qarla örtülmüş sahəsinə çırpılıb. Görüntülərdə helikopterin enerji xətlərinə ilişməsi və yerə düşməsi anı əks olunub.

Rus mətbuatının xəbərinə görə, bu uçuşun lisenziyasız olaraq həyata keçirildiyi iddia olunur. Hadisə ilə bağlı Ural Nəqliyyat Prokurorluğu genişmiqyaslı araşdırma başladıb və ilkin qiymətləndirmələrə əsasən qəzanın elektrik xətlərinin kontaktı nəticəsində baş verdiyi düşünülür. Rusiya Fövqəladə Hallar Nazirliyi isə rəsmi açıqlamanı prokurorluq araşdırması tamamlandıqdan sonra verəcəyini bildirib.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
30 aprel 2026