ABŞ Qrenlandiya üçün tarix verdi

ABŞ Dövlət Katibi Marko Rubio gələn həftə Danimarka ilə Qrenlandiya mövzusunda görüşəcəyini açıqlayıb. Rubio hərbi müdaxilə barədə danışmır və Trampın adaya marağını xatırladır.

376

ABŞ Dövlət Katibi Marko Rubio gələn həftə Danimarka ilə Qrenlandiya ilə bağlı danışıqlar aparacağını açıqlayıb.

Rubio bunu keçirilən mətbuat toplantısında deyib. Rubioya görə, ABŞ və Danimarka arasında Qrenlandiya məsələsi ilə bağlı rəsmi görüşlər yaxın vaxtda reallaşacaq.

Rubio eyni zamanda, ABŞ-ın adaya mümkün hərbi müdaxilə edib-etməyəcəyi barədə sualı cavablandırarkən qeyd edib ki, “hərbi müdaxilə və Danimarka məsələsi ilə bağlı hazırda burada danışmaq niyyətində deyil,” və “bu mövzuları gələn həftə Danimarka ilə müzakirə edəcəklər.”

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya marağının yeni olmadığını vurğulayan Rubio, Trampın əvvəlki prezidentlik dönəmində də bu məsələni gündəmə gətirdiyini bildirib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.