Siqaretlərin qiyməti qalxdı?

Bəzi media orqanlarının yaydığı xəbərə görə, ölkədə siqaretlərin qiymətlərində artım müşahidə edilir. Rəsmi açıqlama isə hələ ki, yoxdur.

391

Bəzi KİV-lərin verdiyi məlumatlara görə Azərbaycanda siqaretlərin qiymətlərində artım müşahidə edilib.

BPT protalının məlumatına görə artım 0.40 AZN səviyyəsində qeydə alınıb. Bəzi məlumatlara görə paytaxtda bir çox market və köşklərdə siqaret satışı məhdudlaşdırılıb. MSNews.az-ın əldə etdiyi məlumata görə, bu barədə supermarketlərin kassirlərinə xəbərdarlıq edilib. Belə ki, müştərilərə eyni siqaretdən bir paket, israr ediləcəyi təqdirdə maksimum iki paket satmaq tapşırılıb. Bu addımın atılması şirkətlərin satışı dayandırması ilə əlaqələndirilib. Problemin yanvarın 6-dək davam edəcəyi gözlənilir.

İddia ilə bağlı hələ ki, rəsmi açıqlama verilməyib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.