Nyu York meri Zohran Mamdani Trampı tənqid etdi

Venesuelanın prezidenti Nikolas Maduro və həyat yoldaşının ABŞ tərəfindən tutulmasına Nyu‑York meri Zohran Mamdani sərt reaksiya verib, bunu suverenliyə qarşı “hücum” adlandırıb.

369

Nyu Yorkun yeni seçilmiş müsəlman meri Zohran Mamdani, Venesuela prezidenti Nikolas Maduronun tutulması və ABŞ‑ın Nyu‑York şəhərinə aparılması əməliyyatına sərt reaksiya verib. Mənbənin verdiyi məlumata görə, o, bu addımı “suveren dövlətə qarşı təktərəfli hücum” adlandıraraq, federal və beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

ABŞ prezidenti Donald Tramp sosial media vasitəsilə Venesuelanın dövlət başçısı Maduro və onun həyat yoldaşı Siliya Floresin evlərindən götürülərək Nyu‑Yorka aparıldığını açıqlayıb.

Zohran Mamdani öz rəsmi “X” hesabında yazdığı paylaşımda belə deyib:

“Suveren bir dövlətə qarşı təktərəfli hücum bir savaş aktıdır və həm federal, həm də beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.”

Onun bu açıqlaması ABŞ‑ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi və siyasi addımların qanuniliyinə dair ölkə daxilində və xaricdə gedən müzakirələr fonunda səslənib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.