Gürcüstan hakimiyyəti bəyan edib ki, pasport və şəxsiyyət vəsiqələrində doğum yeri kimi bəzi mübahisəli bölgələr — əsasən Krım və Donbas – göstərilmiş Rusiya vətəndaşlarının ölkəyə girişinə icazə verilməyəcək. Bu qərar, xüsusilə, Rusiya tərəfindən ilhaq edilmiş ərazilərin sakinlərini əhatə edir və ölkənin sərhəd xidmətləri tərəfindən tətbiq ediləcək.
Rəsmi məlumatlara görə, Gürcüstan sərhəd-keçid məntəqələrində pasportlarında doğum yeri hissəsində aşağıdakı bölgələr yazılan şəxslərin ölkəyə daxil olmalarına icazə verilməyəcək:
Krım
Donetsk Xalq Respublikası (DNR)
Luqansk Xalq Respublikası (LNR)
Zaporojye və Xerson
Ukrayna SSR
Abxaziya MSSR
Cənubi Osetiya
Bu addım Rusiya Federasiyasının bir sıra ərazilər üzərindəki iddiaları ilə bağlı davam edən siyasi və təhlükəsizlik narahatlıqları fonunda atılıb və Gürcüstanın suverenliyi və sərhəd təhlükəsizliyi siyasətinin bir hissəsi olaraq dəyərləndirilir.